"Neftçi" qambiyalı futbolçusu ilə vidalaşıb

16 İyun 2025 20:20 (UTC+04:00)

"Neftçi” futbolçusu Dembo Darbo ilə yollarını ayırıb.

SİA xəbər verir ki, qambiyalı oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, 2024-cü ilin avqustunda transfer olunmuş Darbo “Neftçi”nin heyətində 19 rəsmi oyun keçirib və 5 qolla yadda qalıb.