"Latsio" 37 yaşlı ispaniyalı futbolçu ilə yeni müqavilə imzalayıb

16 İyun 2025 16:26 (UTC+04:00)

İtaliyanın "Latsio" klubu 37 yaşlı ispaniyalı futbolçu Pedro Rodriqeslə yeni müqavilə imzaladığını açıqlayıb. SİA klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, dünya və Avropa çempionu ilə anlaşmanın müddəti 2026-cı yayına qədər uzadılıb.

Vinger 2021-ci ildən çıxış etdiyi Roma klubunda 176 oyuna çıxıb və 34 qola imza atıb.

Qeyd edək ki, Pedro "Barselona"nın yetirməsidir və bu komandanın heyətində 20 kubok qazanıb.