...2025-ci ilin mayında Belarusda inflyasiya illik ifadədə 7,1 faizə çatıb ki, bu da aprel ayı göstəricisindən 6,5 faiz yüksəkdir.
SİA Belarus saytlarına istinadən xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının hakimiyyətə loyal olan ekspertləri məlumat verib.
Ərzaq məhsullarının qiymətləri xüsusilə nəzərəçarpacaq dərəcədə artıb: onların dəyəri keçən illə müqayisədə 9,5 faiz artıb, apreldə isə bu artım 8,3 faiz təşkil edib.
Qiymət artımının əsas amili mövsümi tərəvəz və meyvələr olub ki, bu da illik müqayisədə 14,4 faiz bahalaşıb, apreldə isə onların artımı cəmi 6,8 faiz olub.
Xidmətlərin qiymətləri də artaraq apreldə 7 faizə qarşı may ayında 7,2 faiz təşkil edib. Qeyri-ərzaq məhsulları 3,6 faiz artımla aprel ayı səviyyəsində qalıb.
Qiymət artımının davamlı komponentini əks etdirən baza inflyasiyası da apreldə 6,6 faizdən illik 7,1 faizə yüksəlib.
Bu, daxili tələbin inflyasiya təzyiqlərinin davam etdiyini göstərir.
Əli Babayev