Parisdə Azərbaycanın mədəni irsinə həsr olunmuş kitabların təqdimatı keçirilib

16 İyun 2025 14:58 (UTC+04:00)

Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın mədəni irsinə həsr olunmuş kitabların təqdimatı keçirilib. SİA xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində kitabların təqdimat mərasimi. Unikal nəşrlər seriyası Azərbaycanın zəngin mədəni irsinə həsr olunub", - o qeyd edib.