Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

16 İyun 2025 11:46 (UTC+04:00)

Macarıstanın paytaxtı Budapeştdə keçirilən böyük cüdoçular arasında dünya çempionatı davam edir. SİA xəbər verir ki, dördüncü yarış günündə Azərbaycanın daha bir idmançısı mübarizəyə start verəcək.

81 kiloqram çəki dərəcəsində çıxış edən Zelim Tçkayev 1/16 finalda Pavel Drjimal (Polşa) - Jianqnan Vanq (Çin) cütünün qalibi ilə üz-üzə gələcək.

Xatırladaq ki, mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Milli komanda, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.