Qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib

16 İyun 2025 11:29 (UTC+04:00)

Həftəsonu qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib. SİA xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, iyunun 14-də və 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 tapança, 3 alışdırıcı, 10 tüfəng, 14 patron darağı və 216 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.