Rəcəb Tayyib Ərdoğan Azərbaycanı təbrik edib

15 İyun 2025 20:11 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib.

SİA xəbər verir ki, Türkiyə lideri bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

"Obamız, yuvamız, göz bəbəyimiz Azərbaycanın 15 İyun - Milli Qurtuluş Gününü ən səmimi arzularımla təbrik edir, bütün azərbaycanlı qardaşlarıma Türkiyənin salamını və sevgilərini çatdırıram", - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.