Cennaro Qattuzo İtaliya millisinin baş məşqçisi olub

15 İyun 2025 19:55 (UTC+04:00)

Cennaro Qattuzo futbol üzrə İtaliya millisinin yeni baş məşqçisi təyin edilib.

SİA xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, 47 yaşlı məşqçi ilə 1 illik müqavilə imzalanıb. O, sentyabrın 5-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində Estoniya ilə matçda yığmanın baş məşqçisi kimi debüt edəcək.

Xatırladaq ki, 2023-cü ilin sentyabrından indiyədək bu postu 66 yaşlı mütəxəssis Luçano Spalletti tuturdu. O, bir neçə gün öncə vəzifəsindən ayrılıb.