...Çinin mərkəzində heyrətamiz qızıl yatağı aşkar edilib. İlkin hesablamalara görə, qiymətli metal ehtiyatları təxminən 78 milyard dollar dəyərindədir. Bu gün bu, dünyanın ən böyük yataqlarından biridir.
SİA-nın məlumatına görə, bu barədə Jasondeegan resursu yazır.
Qeyd olunur ki, kəşf Çinin mərkəzi, Hunan əyalətindəki Vanqu qızıl yatağında edilib. Bu, artıq qazma işlərinin ilkin mərhələsində geoloqları təəccübləndirib: yerin iki min metr altında qızıl ehtiyatları 300 ton qiymətləndirilib.
Amma üç min metr ərzində ümumi qızıl ehtiyatı 1000 tona çata bilər. Mütəxəssislərin fikrincə, bir ton filizin tərkibində 138 qrama qədər qızıl ola bilər.
Mədən kəşfiyyatı üzrə ekspert Çen Rulin jurnalistlərə bildirib ki, qızıl süxur nümunələrində sözün əsl mənasında görünür, müasir yataqlar üçün olduqca nadir hadisədir.
Yatağın qiymətləndirilməsi üçün geoloqlar qrupu yeni üsullardan istifadə ediblər. Onlar qızılı olan damarların dəqiq xəritəsini çəkmək üçün onların 3D modellərini yaradıblar.
Hunan Geoloji Bürosunun direktor müavini Liu Yongjun əlavə edib ki, metod ən zəngin əraziləri və perspektivli periferik zonaları müəyyən etməyə imkan verib. Mütəxəssislər hesab edirlər ki, yataqların dəqiq müəyyən edilməsinin bu üsulu dünyada qızıl hasilatını dəyişəcək. Hesab olunur ki, bundan sonra hətta əvvəllər perspektivsiz hesab edilən yataqların işlənməsi iqtisadi cəhətdən sərfəli olacaq.
Əli Babayev