Google və sinoptiklər qasırğaları proqnozlaşdırmaq üçün birləşirlər

15 İyun 2025 22:55 (UTC+04:00)

...ABŞ-ın Mayamidəki Milli Qasırğa Mərkəzi (NHC) qasırğa ilə bağlı proqnozların dəqiqliyini artırmaq üçün ilk dəfə olaraq süni intellekt şirkəti DeepMind (Google-un bir hissəsi) ilə əməkdaşlıq edir.

Tropik fırtınalar üçün xüsusi olaraq hazırlanmış yeni süni intellekt modeli onların yolunu və intensivliyini 15 gün öncədən təxmin edə bilir - əvvəllər heç vaxt əldə olunmayan bir şey...

SİA-nın məlumatına görə, The New York Times yazır.

Güclü qasırğalar istiqaməti dəyişə, sürəti azalda və ya hətta dayandıra bilər. Onların intensivliyini əvvəlcədən qiymətləndirmək imkanı - orta dərəcədən dağıdıcı küləklərə qədər 160 km/saatdan yuxarı - xəbərdarlıqların dəqiqliyini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa və insanların həyatını xilas etməyə kömək edəcəkdir.

...Süni intellekt insanları əvəz etməyəcək: proqnozçular əsas rol oynamağa davam edəcək və DeepMind-in modeli eksperimental alət kimi istifadə olunacaq.

Bu əməkdaşlıq dövlət qurumlarına özəl sektorun qabaqcıl texnologiyalarını inteqrasiya etməyə imkan verən xüsusi kooperativ inkişafı sazişi (CRADA) çərçivəsində həyata keçirilir.

DeepMind iddia edir ki, süni intellekt artıq ənənəvi metodlarla müqayisə edilə bilən və ya daha yaxşı dəqiqlik nümayiş etdirir. Yeni modelin performansını onun sələfləri, GraphCast və GenCast ilə müqayisə edə biləcəyiniz WeatherLab vizualizasiyası da təqdim olunur.

Ekspertlər əmindirlər ki, süni intellektdən istifadə irəliyə doğru məntiqi addımdır.

NHC-nin baş alimi Uollas Xoqsett, “Biz onilliklər boyu müşahidələri və məlumatları bir araya gətirən alətlər qururuq”-deyə bildirib.

Əli Babayev