Hidayət Heydərov ilk görüşdə məğlub olub - Dünya çempionatı

15 İyun 2025 14:23 (UTC+04:00)

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizə aparıb. SİA xəbər verir ki, olimpiya, dünya və Avropa çempionu ilk görüşdə məğlub olub.

27 yaşlı idmançı 1/16 final mərhələsində Portuqaliya təmsilçisi Otari Kvantidzeyə uduzub.

Qeyd edək ki, bu gün Fidan Əlizadə (57 kq) və Rəşid Məmmədəliyev (73 kq) də tatamiyə çıxacaq.