İran nüvə silahına malik olmadığına zəmanət verən sazişi bağlamağa hazırdır - Rəsmi Tehran

15 İyun 2025 11:46 (UTC+04:00)

İsrailin hücumu İran və ABŞ arasında nüvə proqramı ilə bağlı danışıqları pozmaq məqsədi daşıyır. SİA xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Tehran ABŞ-nin bu hücumu dəstəkləməsindən təəssüflənir. Bununla belə, xarici işlər naziri Abbas Əraqçi İranın nüvə silahına malik olmadığına zəmanət verən saziş imzalamağa hazır olduğunu bildirib.