Azərbaycan millisi Gümüş Avropa Liqasında növbəti oyununu keçirəcək

15 İyun 2025 09:49 (UTC+04:00)

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Gümüş Avropa Liqasında növbəti oyununu keçirəcək. SİA xəbər verir ki, yığma Bakıda Macarıstan seçməsi ilə üz-üzə gələcək.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq qarşılaşma saat 18:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl Gürcüstan komandasına 3:0 hesabı ilə qalib gəlib. İsveç və Lüksemburqa eyni hesabla uduzub.