Sosial şəbəkələrdə qeyri-etik paylaşımları ilə diqqət çəkən “Əfi” ləqəbli tiktoker Əflatun Rüstəmov həbs edilib. SİA-nın məlumatına görə, o, polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub. Abşeron Rayon Məhkəməsinin qərarı ilə inzibati qayda pozuntusunda təqsirli bilinən “Əfi”yə 13 gün həbs cəzası verilib.