Van Dammın azərbaycanlı gəlini paylaşım etdi

15 İyun 2025 02:15 (UTC+04:00)

Məşhur Hollivud aktyoru Jan-Klod Van Dammın oğlu Kristofer Van Damm və azərbaycanlı pianoçu Suada Hacızadə evliliklərinin növbəti ildönümünü qeyd edirlər. SİA xəbər verir ki, Suada Hacızadə bu münasibətlə sosial media hesabında romantik paylaşım edib. "Biz birlikdə böyüdük, dəyişdik və çətinliklərə baxmayaraq, bir-birimizi sevməyə davam etdik. Əsl sevgi budur. 4-cü ilimiz mübarək, sevgilim. Artıq təxminən 5 ildir ki, bir yerdəyik", - deyə o, paylaşımında yazıb.