Azərbaycanın sərbəst güləşçiləri 2 qızıl, 1 bürünc medal qazanıblar

14 İyun 2025 22:01 (UTC+04:00)

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-17 Avropa çempionatı sona yaxınlaşır.

SİA xəbər verir ki, sərbəst güləş üzrə 5 çəkidə qaliblər müəyyənləşib.

Rəvan Həsənzadə (48 kq) finalda ermənistanlı Artak Ağabekyanla qarşılaşıb. Rəqibinə 4:0 hesabı ilə qalib gələn Rəvan Avropa çempionu olub.

Ruslan Əlizadə (55 kq) həlledici görüşdə rusiyalı Maxaç Abdullayevlə güləşib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada minimal hesablı (3:2) qələbə qazanan Ruslan fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Tunar Nəsibov (65 kq) təsəlliverici görüşdə gürcüstanlı Saba Tkemaladzeni “tuş”la üstələyib. Ancaq bürünc medal uğrunda qarşılaşmada türkiyəli İsmayıl Mertkolluya 2:4 hesabı ilə məğlub olub.

Hakim Tağıyev (110 kq) bürünc medal uğrunda qarşılaşmada Qyoerqi Juhasdan güclü olub – 2:0.

Beləliklə, millimiz yarışın bitməsinə bir gün qalmış 2 qızıl və 1 bürünc medal qazanmaqla çempionluq yolunda inamlı addım atıb.