Pentaqon Trampın İran problemini necə həll etmək istədiyini açıqladı...

14 İyun 2025 18:48 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp əmindir ki, Yaxın Şərq böhranı diplomatiya və danışıqlar yolu ilə həll edilməlidir.

SİA-nın məlumatına görə, bu barədə ABŞ-ın müdafiə naziri Pit Heqset Fox News telekanalına müsahibəsində bildirib. Şənbə günü Pentaqon rəhbəri qeyd edib ki, Tramp əvvəlki kimi iranlılara sülhə üstünlük verdiyi mesajı verir.

...O, həllin danışıqlar masası arxasında əldə olunmasına üstünlük verir. İranın hələ də seçimi var.

Bunu Heqset deyib.

Bir gün əvvəl Tramp deyib ki, guya İsrailin zərbələrindən sonra İran nümayəndələri ona zəng edərək nüvə sazişi bağlamağı xahiş ediblər.

Əli Babayev