"Zirə" futbolçusu ilə müqavilə müddətini uzadıb

14 İyun 2025 17:00 (UTC+04:00)

“Zirə” futbolçusu Hacıağa Hacılıyla müqavilə müddətini uzadıb. Klubdan SİA-ya verilən məlumata görə, oyunçu ilə 2 illik yeni sözləşmə bağlanıb.

Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi 2020-ci ildən “Zirə”nin formasını geyinir.