Maliyyə Nazirliyində yeni təyinat olub

14 İyun 2025 14:06 (UTC+04:00)

Maliyyə Nazirliyinin “Məlumat Hesablama Mərkəzi” MMC-nin rəhbəri dəyişib. SİA xəbər verir ki, bu vəzifə Elçin Məmmədova həvalə edilib.

Məlumata görə, o, bu vəzifədə Elnur İbrahimovu əvəzləyib.

Xatırladaq ki, “Məlumat Hesablama Mərkəzi” 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 6 min mnatdır.