Emin Əmrullayev Hacıqabulda "Son zəng" mərasimində iştirak edib

14 İyun 2025 11:35 (UTC+04:00)

Elm və təhsil naziri Emin Əmrullayev Hacıqabulda "Son zəng" tədbirində iştirak edib. SİA-nın məlumatına görə, nazir Hacıqabul rayonu 10 nömrəli tam orta məktəbində olub.

O, çıxışında sözügedən məktəbdə bu il ilk buraxılışın olduğunu vurğulayaraq məzunlara uğurlar arzulayıb.

Daha sonra nazir Muğan qəsəbə tam orta məktəbin tədbirində iştirak edəcək.