Beyləqanda bazar ərazisində yanğın baş verib

14 İyun 2025 01:32 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Beyləqan şəhərində bazar ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Nazirliyin mətbuat xidmətindən SİA-ya bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.