...ABŞ hərbi qüvvələrini, o cümlədən gəmilərini Yaxın Şərqə köçürməyə başladı.
SİA-nın məlumatına görə, bu barədə Associated Press yazır. Adları açıqlanmayan rəsmilərin sözlərinə görə, bu qərar İranın İsrailin zərbələrinə mümkün cavabı ilə əlaqədar verilib.
Hərbi Dəniz Qüvvələri artıq Şərqi Aralıq dənizinə USS Thomas Hudner esminesini göndərib.
Ağ Evin tələbi ilə daha bir gəmi dənizə buraxılıb.
Bu arada insayderlər deyirlər ki, Tramp hazırkı vəziyyəti müzakirə etmək üçün Milli Təhlükəsizlik Şurasının rəhbərləri ilə görüşür.
İyunun əvvəlində rusiyalı politoloq İsrailin hava hücumlarından sonra İranın gələcəyini dəyərləndirib.
Ekspert Sergey Markovun sözlərinə görə, ölkələr daha bir neçə həftə raket zərbələri mübadiləsini davam etdirəcək.
Əli Babayev