İsrail III Dünya Müharibəsini İrana zərbələr endirməklə başladı

13 İyun 2025 17:56 (UTC+04:00)

...İsrailin İran ərazisinə hava hücumları faktiki olaraq III Dünya Müharibəsinin başlanğıcını qeyd edir və təkcə ölkəyə deyil, bütün regiona hücumu təmsil edir.

SİA-nın məlumatına görə, bu fikirləri X sosial şəbəkəsində türkiyəli hüquqşünas və politoloq Serdar Tokdemir bildirib.

Onun sözlərinə görə, müharibə kortəbii şəkildə deyil, mütəşəkkil şəkildə və bir çox cəbhələrdə cərəyan edir.

O hesab edir ki, indiki dövr sərhədlərin yox olması, proxy müharibələrdən birbaşa silahlı münaqişələrə keçid, lokal böhranların qlobal təhlükələrə çevrilməsi ilə xarakterizə olunur.

...İrana hücum bunun ən bariz əlamətidir. Bu, bir ölkəyə deyil, bir bölgəyə, sivilizasiyaya, gələcəyə baxışdır.

Tokdemir onu da qeyd edib ki, Türkiyə baş verənlərdən kənarda qalmağa gücü çatmaz.

O, ölkənin sadəcə bir ərazi olmadığını, qədim zamanlardan xalqların, dinlərin və ideyaların kəsişdiyi geosiyasi mərkəz olduğunu vurğulayıb.

Onun fikrincə, Türkiyə çəkindirici qüvvə rolunu oynamalı, diplomatik tarazlığı qoruyaraq hərbi potensialından tam istifadə etməli və sağlam düşüncə əsasında müstəqil qərarlar qəbul etməyə imkan verən müdafiə imkanlarına malik olmalıdır.

Bundan əvvəl İsrailin İranın Təbriz şəhərinə də hücum etdiyi bildirilirdi.

Əli Babayev