Avropa çempionatının qalibi olan Azərbaycanın çövkən millisi mükafatlandırılıb - FOTOLAR

13 İyun 2025 17:12 (UTC+04:00)

Polşada Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə keçirilmiş Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırılıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Atçılıq Federasiyasının (ARAF) mətbuat xidmətindən nməlumat verilib.

ARAF-nin prezidenti Elçin Quliyev milli üzvlərini qəbul edib.

Təltifetmə mərasimində qurum rəhbəri idmançılara göstərdikləri yüksək nəticəyə görə təşəkkür edib, Azərbaycan çövkəninin beynəlxalq arenalarda tanıdılması istiqamətində görülən işlərin və ARAF-nin dəstəyinin davamlı olacağını vurğulayıb.