Məşhəd səması üzərində qırıcı təyyarələr havaya qaldırılıb - KİV

13 İyun 2025 17:09 (UTC+04:00)

İran aviasiyasının qırıcı təyyarələri Məşhəd şəhəri üzərində havaya qaldırılıb. SİA xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

"İran aviasiyasının qırıcı təyyarələri Məşhəd səmasında görünür. Hələ heç bir rəsmi mənbə təyyarələrin səmada görünməsinin dəqiq səbəbləri barədə məlumat verməyib", - yerli informasiya agentlikləri bildirib.