Auditorlar Palatasında yeni şöbə yaradılıb

13 İyun 2025 16:33 (UTC+04:00)

Auditorlar Palatasında Beynəlxalq əlaqələr şöbəsi yaradılıb. SİA xəbər verir ki, yeni şöbəyə rəhbərlik Vüqar Sərdarova həvalə edilib.

O, indiyə qədər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-mədəni Mərkəzinin sədr müavini olub.