Dünya Kubokunun açılış mərasimi keçirilib

13 İyun 2025 15:20 (UTC+04:00)

Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib. SİA xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə start götürüb.

Ardınca yarışlara start verilib. İlk olaraq Azərbaycanın qrup hərəkətləri komandası arenaya dəvət olunub.

Qeyd edək ki, Dünya Kubokuna iyunun 15-də yekun vurulacaq.