Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə sənaye və digər sahələrdə tərəfdaşlığın inkişafını, təcrübə mübadiləsini və iki ölkənin iş adamları arasında əlaqələrin təşviqini nəzərdən keçirib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
“SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ilə videokonfrans formatında görüş keçirdik. BƏƏ-nin ADNOC şirkəti ilə SOCAR arasında "Abşeron" qaz-kondensat yatağının birgə işlənməsi, "Masdar" şirkəti ilə yaşıl enerji üzrə həyata keçirilən uğurlu əməkdaşlıqları vurğuladıq”,-deyə o qeyd edib.