ADNSU və Lissabon NOVA Universiteti elmi-tədqiqat sahəsində əməkdaşlıq edəcək

13 İyun 2025 14:10 (UTC+04:00)

İyunun 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Portuqaliyanın “NOVA University of Lisbon” ali təhsil müəssisəsinin prorektoru Joao Amaro de Matos ilə görüş keçirilib. ADNSU-nun rektoru, dosent Rüfət Əzizovla keçirilən görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin qurulması, elmi-tədqiqat sahəsində birgə fəaliyyət, tələbə və müəllim mübadiləsi, eləcə də beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində məsələlər müzakirə olunub.

Görüşün sonunda mümkün perspektiv əməkdaşlıq imkanları nəzərdən keçirildikdən sonra tərəflər arasında Əməkdaşlıq memorandumu imzalanıb.