"Sərgidə 30 mindən çox ziyarətçi gözləyirik". SİA xəbər verir ki, bu sözləri “Marsol Group”un təsisçisi Tural Mustafayev 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”nə həsr olunmuş brifinqdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 18-21 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək sərgidə 252-dən çox yerli şirkət iştirak edəcək: "Bu, beynəlxalq şirkətlərlə birlikdə təşkil etdiyimiz 7-ci, yerli şirkətlərlə isə 6-cı sərgidir. Təkcə ötən ilin iyul ayında Bakı Ekspo Mərkəzində keçirilən sərgidə 21 600 nəfər iştirak etmişdi. Bu il isə 30 mindən çox ziyarətçi gözlənilir.
Əsas məqsədlərimizdən biri yerli sahibkarların daxili bazarda mövqelərinin möhkəmlənməsinə dəstək olmaqdır. Bu məqsədlə Özbəkistandan 100-ə yaxın iş adamı dəvət etmişik. Bundan əlavə, sərgiyə Türkiyə və Qırğızıstandan da qonaqlarımız qatılacaq"– deyə, Tural Mustafayev qeyd edib.