Bakı-Qəbələ dəmir yolu marşrutu üzrə hər iki istiqamətə əlavə reyslər təyin edilib - FOTO

13 İyun 2025 11:24 (UTC+04:00)

"Azərbaycan Dəmir Yolları" QSC tələbatı ödəmək təmin etmək məqsədilə iyunun 16-da Bakı-Qəbələ-Bakı marşrutu üzrə hər iki istiqamətə əlavə reyslər təyin edib. SİA bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

"Biletləri dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az) və ya “ADY Mobile” tətbiqindən bilet əldə edə bilərsiniz", - deyə məlumatda qeyd olunub.