İlham Əliyev konqres iştirakçılarını təbrik edib

13 İyun 2025 10:29 (UTC+04:00)

Prezident İlham Əliyev Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresinin iştirakçılarına təbrik məktubu ünvanlayıb. SİA xəbər verir ki, məktubu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.