Kişi və qadın voleybolçulardan ibarət Azərbaycan milliləri bu gün növbəti oyunlarını keçirəcəklər. SİA-nın məlumatına görə, qadınlardan ibarət komanda Qızıl Avropa Liqasında Xorvatiya ilə üz-üzə gələcək.
Xorvatiyanın Zadar şəhərində təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da start götürəcək. Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv daha əvvəl Macarıstan, Sloveniya və Slovakiyaya 0:3, Monteneqroya 1:3 hesabı ilə uduzub.
Kişilərdən ibarət kollektiv isə Gümüş Avropa Liqasında Lüksemburqla qarşılaşacaq. Görüş saat 18:00-da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində start götürəcək.
Qeyd edək ki, Fərid Cəlalovun baş məşqçisi olduğu komanda daha əvvəl İsveçə uduzub (0:3), Gürcüstan seçməsini isə məğlub edib - 3:0.