İstanbul sahillərində Ukrayna PUA-sı tapıldı

13 İyun 2025 02:13 (UTC+04:00)

İstanbul şəhərinin ətrafındakı çimərlikdə, Ukrayna hərbçiləri tərəfindən buraxılması ehtimal olunan kamikadze PUA aşkarlanıb. SİA xəbər verir ki, bu barədə "Hürriyət" qəzeti məlumat yayıb. Sahilə çıxmış dronu Uzunkum çimərliyində istirahət edənlər aşkarlayıblar. Əraziyə gəlmiş istehkamçılar sahilin bir hissəsini əhatəyə alıblar. Hələlik obyektin haradan gəldiyi dəqiq müəyyən edilməyib. Lakin o, Ukraynaya məxsus kamikadze dronuna bənzəyir və partlayıcı ilə təchiz edilib.