TÜRKPA-ya sədrlik Azərbaycandan Qazaxıstana keçdi

12 İyun 2025 10:12 (UTC+04:00)

Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) sədrlik Azərbaycandan Qazaxıstana keçib. SİA-nın xəbərinə görə, bu barədə TÜRKPA Şurasının Astanada keçirilən 14-cü iclasında qərar qəbul edilib.

Belə ki, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova sədrliyi qazaxıstanlı həmkarına təhvil verib.