"Qarabağ" iki futbolçusu ilə yollarını ayırıb

11 İyun 2025 22:01 (UTC+04:00)

"Qarabağ" komandası iki futbolçusu ilə yollarını ayırıb.

SİA xəbər verir ki, klubdan verilən məlumata görə, Ağdam təmsilçisi Yassin Benzia və Patrik Andrade ilə vidalaşıb. Onlarla müddəti başa çatmış müqavilələr yenilənməyib.

Hər iki oyunçu 2023-cü ildən "Qarabağ"ın formasını geyinirdi.