"Sabah" futbolçusu ilə yollarını ayırdığını açıqlayıb

11 İyun 2025 15:14 (UTC+04:00)

“Sabah” klubu futbolçusu Şakir Seyidovla yollarını ayırıb. SİA xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Seyidov 2018-ci ildən “Sabah”da çıxış edirdi. O, komandanın heyətində ümumilikdə 59 oyun keçirib, 2 qol vurub.