Beynəlxalq turnir keçiriləcək

11 İyun 2025 11:21 (UTC+04:00)

İyunun 13-14-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə əməkdar məşqçi Əfqan Səfərovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək. Bu barədə SİA-ya federasiyanın mətbuat xidmətindən məlumat verilib.

Yarışda Gürcüstan və Tacikistandan olan idmançıların da iştirakı nəzərdə tutulub.