Braziliya bütün dünya çempionatlarının final mərhələsinə vəsiqə qazanan yeganə ölkə olub

11 İyun 2025 09:11 (UTC+04:00)

Braziliya millisi bütün dünya çempionatlarının final mərhələsinə vəsiqə qazanan yeganə ölkə olub. SİA UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, beşqat dünya çempionları DÇ-2026-nın seçmə mərhələsində Paraqvayı (1:0) məğlub edərək həlledici raunda vəsiqəni rəsmiləşdirib.

Braziliya yığması 1930-cu ildən bəri keçirilən 22 dünya çempionatının hər birinin final mərhələsində iştirak hüququ qazanıb.

Qeyd edək ki, komanda hazırda seçmə mərhələnin turnir cədvəlində 25 xalla üçüncü pillədə yer alıb.