Pentaqondan Ukraynaya pis xəbər

11 İyun 2025 08:16 (UTC+04:00)

Ukraynaya hərbi yardımın məbləği növbəti müdafiə büdcəsində azaldılacaq. SİA xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset Konqresdə dinləmələr zamanı deyib. O bildirib ki, hazırkı administrasiya bu münaqişəyə çox fərqli tərəfdən baxır. “Biz inanırıq ki, danışıqlar, sülh yolu ilə nizamlanma hər iki tərəfin və millətlərimizin maraqlarına daha uyğundur”, - deyə o bildirib. 2022-ci ilin fevralından bu yana ABŞ Ukraynaya 66 milyard dollardan çox yardım edib.