Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə dan imtahanı keçiriləcək
10 İyun 2025 15:55 (UTC+04:00)
Azərbaycan Taekvondo Federasiyasının (ATF) təşkilatçılığı ilə dan imtahanı keçiriləcək. SİA xəbər verir ki, bu barədə ATF-nin mətbuat xidməti məlumat yayıb.
İyunun 13-də saat 16:00-da start götürəcək imtahan federasiyanın məşq zalında baş tutacaq.