Baş nazir Özbəkistanda səfərdədir - FOTO

10 İyun 2025 13:07 (UTC+04:00)

Azərbaycanın Baş naziri Əli Əsədov Özbəkistanda rəsmi səfərdədir. Bu barədə SİA-ya Nazirlər Kabinetindənməlumat verilib.

Daşkənd Beynəlxalq Hava Limanında Ə.Əsədovu Özbəkistan Baş nazirinin müavini Cəmşid Kuçkarov və digər rəsmi şəxslər qarşılayıblar.