Azərbaycanlı məşqçi Finlandiyadakı kursu diplomla bitirib

10 İyun 2025 11:24 (UTC+04:00)

Futzal üzrə Azərbaycan Yüksək Liqasında çıxış edən “Baku Fire” klubunun məşqçisi Elvin Quliyev Finlandiyada UEFA tərəfindən təşkil olunan kursu diplomla bitirib. SİA-nın əldə etdiyi məlumata görə, mütəxəssis ötən ilin avqustundan etibarən UEFA-nın futzal məşqçiləri üçün təşkil etdiyi kursa qatılıb.

Kursun modullarını uğurla tamamlayan həmyerlimiz UEFA-nı B lisenziyasına sahib olub. Artıq bununla bağlı rəsmi məktub və diplom Finlandiya Futbol Federasiyasından AFFA-ya göndərilib.

Qeyd edək ki, Elvin Quliyevin məşqçisi olduğu “Baku Fire” Yüksək Liqanın 2024/2025 mövsümünü gümüş medalla başa vurub.