"Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi

10 İyun 2025 11:15 (UTC+04:00)

2026-cı ildə təşkil olunacaq "Formula 1" üzrə Azərbaycan Qran-prisinin hansı tarixdə keçiriləcəyi bəlli olub. SİA-nın məlumatına görə, Beynəlxalq Avtomobil Federasiyası və "Formula 1" təşkilatçıları növbəti il üçün təqvimi açıqlayıblar.

Bakıdakı yarış 25-27 sentyabr aralığında gerçəkləşəcək.

Qeyd edək ki, 2026-cı ildə "Formula 1" təqvimi yenə 24 mərhələdən ibarət olacaq.