"Aşk tesadüfleri sever 3" gəlir

10 İyun 2025 08:42 (UTC+04:00)

Böyük izləyici kütləsinin rəğbətini qazanan "Aşk tesadüfleri sever" filminin üçüncü hissəsi çəkiləcək. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işinin noyabrın 21-də izləyicilərə təqdim olunması planlaşdırılır.

Qeyd edək ki, filmdə Belçim Bilgin, Mehmet Günsür, Hüseyn Avni Danyal, Ayda Aksel kimi ulduzlar yer alacaq.