"Barselona”dan ayrılıb “Atletiko”ya keçdi

10 İyun 2025 05:11 (UTC+04:00)

"Atletiko Madrid” klubu heyətini yeni futbolçu ilə gücləndirib. SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi “Barselona”dan ayrılan Kleman Lanqleni transfer edib.

28 yaşlı fransalı müdafiəçi ilə 2028-ci ilin yayınadək müqavilə imzalanıb. O, son mövsümü elə icarə əsasında “Atletiko Madrid”də keçirib.

Qeyd edək ki, Lanqle 2018-ci ildən “Barselona”nın futbolçusu idi.