Pentaqon Los-Ancelesə 700 dəniz piyadası göndərir

10 İyun 2025 04:47 (UTC+04:00)

Pentaqon Los-Ancelesdəki etiraz aksiyalarında Milli Qvardiyaya kömək etmək üçün əraziyə 700 dəniz piyadası göndərir. SİA-nın məlumatına görə, heyət Cənubi Kaliforniya səhrasındakı “Twentynine Palms” bazasından yola düşüb.

ABŞ Şimal Komandanlığının açıqlamasına əsasən, dəniz piyadaları yalnız federal əmlakı, şəxsi heyəti, o cümlədən federal immiqrasiya agentlərini qorumaq üçün hadisə yerində 2100 Milli Qvardiya əsgəri ilə birlikdə xidmət aparacaq.

Bildirilir ki, dəniz piyadaları və Milli Qvardiya qoşunlarının “Posse Comitatus” Aktına əsasən hüquq-mühafizə vəzifələrini yerinə yetirməsi gözlənilmir.