İranda polad kompleksində partlayış baş verib...

9 İyun 2025 22:59 (UTC+04:00)

İranın Natanz şəhəri ətrafında polad kompleksində qaz çəninin partlaması 7 nəfərin yaralanması və bir nəfərin ölümü ilə nəticələnib.

SİA xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb. Məlumata görə, həlak olan Əfqanıstan vətəndaşıdır. Yaralılar Bədruddakı Fatimeh xəstəxanasına aparılıb.