"Azərbaycanla oyun bizim üçün vacibdir..."

9 İyun 2025 22:09 (UTC+04:00)

Bizim üçün vacib oyundur.

SİA xəbər verir ki, bu sözləri Macarıstan millisinin futbolçusu Loik Neqo sabah Azərbaycan ilə keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

O, Bakıdakı oyunda uğurlu nəticə qazanmaq istədiklərini bildirib: “Bütün matçlarda qələbə qazanmaq istəyirik. Bunun üçün meydanda müəyyən işlər görmək lazımdır”.

Qeyd edək ki, “Liv Bona Dea Arena”da təşkil olunacaq matç saat 20:00-da başlayacaq.