...Sidney adlı heyvanla bağlı hər şey yaxşıdır; Şaxtı şəhəri yaxınlığında yerləşən zooparkın nümayəndəsi bildirib ki, yarpaqların və kolların arasında istidən gizləndiyi üçün uzun müddət tapılmayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu səhər Sidneyin zooparkdan qaçdığı açıqlanıb.
Zooparkın inkişaf direktoru Eleonora Morqunovanın dediyinə görə, heyvan sadəcə olaraq hasardan tullanıb.
Onun sözlərinə görə, 90 nəfər fənər və məşəllə bütün gecə kenqurunu axtarıb.
Baytar və zooloqların cəlb edilməsi ilə xilasetmə əməliyyatı təşkil edilib.
Nazlı Almuradova